Yunanıstan Aİ-dən çıxmayacaq
Yunanıstanın baş naziri Aleksis Tsipras bəyan edib ki, ölkə Avropa İttifaqının tərkibində qalacaq, çünki Avropa – “bizim ümumi evimizdir”.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, xalqa müraciətdə Tsipras təsdiq edib ki, Yunanıstanda yardım proqramı üzrə milli referendum keçiriləcək.
Yunan baş nazirinin sözlərinə görə, referendumun keçirilməsi ilə bağlı Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland məlumatlandırılıb.
Mənbə:> Oxu.Az