Sterliqov: Azərbaycan təhrikçilərinə tüpürürəm
Qalmaqallı rusiyalı biznesmen German Sterliqov Moskvadan işğal olunmuş Dağlıq Qarabağa öz ailəsinin yanına gedib.
Oxu.Az xəbər verir ki, bu barədə biznesmen “Vkontakte” sosial şəbəkəsində öz səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, bir neçə gün əvvəl Sterliqov Rusiya hüquq-mühafizə orqanlarına Moskvaya 3 günlük qayıdacağını bildirib. Lakin bu vaxt ərzində hüquq-mühafizə orqanları sahibkara heç bir maraq göstərməyiblər və o Şuşaya öz ailəsinin yanına qayıdır.
Sterliqovun sözlərinə görə, o bunu Azərbaycan və Rusiya KİV-nin “böhtanlarına” cavab vermək üçün edib. Biznesmen qeyd edib ki, o Qarabağa Rusiya polisindən gizlənmək üçün gəlməyib.
Sterliqov həmçinin ona və vəkilinə qarşı cinayət işi qaldırılması haqda məlumatlara münasibət bildirib.
“Hüquqi mexanizmlərdən istifadə edərək mənim Qarabağa qayıtmağımın qarşısını almağa çalışan İsrail və Azərbaycan təhrikçilərinə tüpürürəm”, - yazıda bildirilir.
Qeyd edək ki, Sterliqova qarşı cinayət işi Tel-Əvivdə yaşayan İsrail vətəndaşı Milana Qorenşteyn müraciətindən sonra qaldırılıb. Qadın həmçinin onun vəkili Artur Ayrapetovaanın statusunun alınması tələbi ilə bağlı da müraciət edib.
Mənbə:> Oxu.Az