Sterliqov Qarabağ haqqında: Belə vətənə sahib olan ermənilər bəxtiyardırlar » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Media, Video

Sterliqov Qarabağ haqqında: Belə vətənə sahib olan ermənilər bəxtiyardırlar – VİDEO

Sterliqov Qarabağ haqqında: Belə vətənə sahib olan ermənilər bəxtiyardırlar


Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağda məskunlaşmış rusiyalı milyonçu German Sterliqov REN TV-yə verdiyi eksklüziv müsahibəsində Rusiyadan köçmə səbəblərindən danışıb.

“Mən sadə, aydın həqiqəti danışacam, bəlkə də bu çoxlarının xoşuna gəlməyəcək, amma yenə də bu indi mənim və ailəm haqqında danışılan uydurmalardan yaxşıdır”.

Sahibkar köçdüyü yerin nə qədər füsunkar olduğundan danışıb.

“Dağlıq Qarabağ gözəl xalqı olan heyrətamiz məkandır. Və belə vətənə, belə tarixə, belə gözəlliklərə sahib olan ermənilər bəxtiyardırlar. Mən bütün dünyanı gəzmişəm, amma belə məkan görməmişəm. Belə gözəllik, belə məhsuldarlıq və ən əsası insanlar arasında belə mehriban və səmimi münasibət görməmişəm. Burada təcavüzün səviyyəsi sıfırdır”.

Öz etirafının sonunda sahibkar bir daha indi olduğu yeri nə dərəcədə unikal hesab etdiyini vurğulayıb:

“Mənim nədən danışdığımı anlamaq üçün hamınız Dağlıq Qarabağa gəlin. Bu, dünyada unikal məkandır. Bu, erməni xalqının qoruyub saxladığı insan münasibətlərinin qoruğudur”.

Qeyd edək ki, daha öncə Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Oxu.Az-a Sterliqovun Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etməsini və Azərbaycan Respublikasının “Dövlət sərhədlərinə dair” qanununu pozduğunu bəyan etmişdi.

“Müvafiq prosedurların əsasında aparılan araşdırmanın nəticələrinə əsasən, bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”, - H.Hacıyev bildirib.



Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *