Qarabağa qaçan rusiyalı avantürist Şuşada mətbuat konfransı keçirir » AzNews.info -Xəbər portalı

Qarabağa qaçan rusiyalı avantürist Şuşada mətbuat konfransı keçirir

Qarabağa qaçan rusiyalı avantürist Şuşada mətbuat konfransı keçirir

Sterliqov nəhayət etiraf edib ki, Rusiyadan qaçmasına səbəb onun barəsində aparılan cinayət təqibləridir.

Virtualaz.org saytı xəbər verir ki, ekstravaqant rus iş adamının dediyinə görə, o, sakitcə meşədə yaşayırdı, heç kimlə işi yox idi, imkan daxilində Putini dəstəkləyirdi. Ancaq bu şirin həyat Sterliqovun “Adəmdən Putinə qədər” tarix kitabının nəşrindən sonra sona çatdı.

“Bu kitabın nəşri onunla nəticələndi ki, hakimiyyət strukturlarındakı yaxın dostlarım məndən üz döndərdilər. Bu dərslik məni çox adamlardan uzaqlaşdırdı. Məndən hamı küsdü, bunu mənim düşmənlərim, falçı-alimlər hiss etdilər. Əvvəlcə mənim ünvanıma təhdidlər başladı, uşağımı oğurlamağa cəhd etdilər. Ancaq bunlar xırda hücumlar idi” - o deyib.

Sterliqov jurnalistləri onun barəsində böhtan yazmamağa çağırıb: “Mən başa düşürəm ki, məlumatı sizə ötürürlər. Mən sizə heç bir pislik eləməmişəm, yanıma gələndə qonaq eləmişəm. Mən sizə kitab bağışlamışam, smetan vermişəm, çörəyə qonaq etmişəm”.

* * *15:00

Virtualaz.org saytı xəbər verir ki, Sterliqov bu gün Şuşada keçirdiyi mətbuat konfransında Qarabağa niyə qaçdığının səbəblərini hələ açıqlamayıb, ancaq qondarma “Dağlıq Qarabağ Respublikası”nın” iqtisadi inkişafına dair planlarından bəhs edib.

O deyib ki, “DQR”də qızıl və gümüş dram dövriyyəyə buraxmaq, habelə ekoloji offşor yaratmaq lazımdır.

“Qarabağda bu layihəni həyata keçirmək üçün üç zəruri şərt var. Birincisi qızıldır. İkincisi tanınmamış respublikadır, ona görə də ABŞ Federal Ehtiyatlar Sisteminin və beynəlxalq bankirlərin hər hansı qaydalarına tabe deyil. Digər tərəfdən, erməni diasporu var və onlar qızıl, gümüş dramdan daxili hesablaşmalar üçün istifadə edə bilər”- Sterliqov deyib.

Avantürist biznesmen həmçinin təklif edib ki, Qarabağda plastik paketlərin və butulkaların istehsalı və satışı qadağan edilməlidir, kimyəvi yuyucu maddələrdən təbii yuyucu maddələrə keçmək lazımdır və kimyəvi gübrələrdən istifadə qadağan edilməlidir.

“Mən indidən Qarabağdan Rusiyaya ərzaq mallarının göndərilməsinə başlamağı təklif edirəm. Rusiya-Qarabağ ticarət evi yaratmaq və yalnız ekoloji təmiz məhsullar göndərmək lazımdır”- deyə Sterliqov bildirib.

* * *14:07

Qarabağa qaçan qalmaqallı rusiyalı biznesmen, keçmiş milyarder German Sterliqov bu gün Şuşada vəd etdiyi mətbuat konfransına başlayıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, mətbuat konfransında Rusiyadan və Ermənistandan xeyli jurnalist iştirak edir.

Sterliqov deyib ki, onun silahlı rus millətçilərinin bandası olan BORN-nun rəhbəri olduğu haqda iddialar yalandır.

“Bu iddiaları 5 il əvvəl məhkum edilmiş və bir-birlərindən minlərlə kilometr uzaqda saxlanılan adamlar yaymağa başladılar. Tamamilə qəfildən onlar məni yada saldılar, hansı ki, bu adamları tanımıram. BORN nə deməkdir - bu haqda ilk dəfə bir neçə həftə əvvəl oğlumdan öyrənmişəm. Heç demə, BORN rus millətçilərinin təşkilatı imiş” - deyə Sterliqov bildirib.

Avantürist rusiyalı deyib ki, vəkilləri Ayrapetov və Armaşov istintaqın onun BORN-un yaradıcı olduğu haqda iddianı tamamilə saxta dəlillər əsasında qurduğu qənaətinə gəliblər.

Mətbuat konfransında Sterliqovun erməni vəkili də iştirak edir.

“Vəkilim mənə zəng edib dedi ki, qətl işi üzrə ömürlük həbs cəzası almış iki şəxsdən mənim barəmdə ifadə alıblar, eynilə bir-birini təkrarlayan iki ayrı mətndir. Bu, həmin ifadənin istintaq tərəfindən yazıldığını göstərir”- deyə özünü xristianlığın xilaskarı kimi təqdim edən qalmaqallı biznesmen bildirib.

Gözlənilir ki, Sterliqov bu mətbuat konfransında Rusiyadan qaçmasının səbəblərini açıqlayacaq. Əlavə məlumat veriləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *