Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir


İfrat millətçi BORN qruplaşması üzvləri üzərində məhkəmə prosesində adı çəkildikdən sonra ailəsi ilə tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda məskunlaşan rusiyalı biznesmen German Sterliqov "Rusiya-Qarabağ Ticarət evini" təsis edib.
Şuşada təşkil etdiyi mətbuat konfransında German Sterliqov yaxın bir neçə həftə ərzində “ekoloji təmiz” meyvə şirələri və spirtli içkilərin ilk partiyasının Qarabağdan Moskvaya və Sankt-Peterburqa ixrac ediləcəyini deyib.

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir

German Sterliqov ailəsini təhlükədən xilas etmək üçün Qarabağa gətirdiyini deyir.

Hələlik isə o, ailəsini Şuşada icarə etdiyi evdə, “erməni dostlarının” yanında qoyub, Rusiyaya qayıtmaq niyyətindədir ki, “heç kəs Sterliqovun ədalət məhkəməsindən qaçdığını düşünməsin”.

“Mən sizin vasitənizlə Rusiya hüquq mühafizə orqanlarını məlumatlandırmaq istəyirəm ki, bir neçə gün Rusiyada olacağam.

Məni təqsirkar bilirlərsə, qoy həbs etsinlər, hər halda ailəmin təhlükəsizliyi üçün arxayınam, yox, günahım yoxdursa, qayıdıb burada kənd təsərrüfatçılığının inkişafını davam etdirərəm”, - jurnalistlərə xitabən rusiyalı biznesmen deyib.
Azərbaycan German Sterliqovu və onun həyat yoldaşını "arzuolunmaz şəxslər" siyahısına daxil etdiyini deyib.

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir

Sterliqov oğulları ilə Qarabağ əsilli Moskvalı sahibkar Levon Hayrapetyanın hədiyyə etdiyi atlarla

Sterliqovun BORN qruplaşması (Rus Millətçilərinin Döyüş Təşkilatı) ilə əlaqələri və yardım göstərməsi haqqında bu cinayət işinin başqa bir epizodu üzrə mühakimə edilən Yevgeniya Xassisin ifadələrində xatırlanıb.

Rusiya mətbuatı BORN üzvlərinin vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburovanın qətli ilə bağlı məhkum edildiyini bildirir.

Onlarla müxtəlif KİV nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında ilk Rusiya milyonçularından biri olan, Rusiya prezidenti Vladimir Putinə “xüsusi ehtiramla” yanaşan, lakin Rus Pravoslav Kilsəsini "kafir" hesab edən German Sterliqov BORN qruplaşması haqqında son vaxtlar mətbuatdan eşitdiyini, təşkilatın lideri hesab edilən İlya Qoryaçevlə isə işçi əlaqələri olmadığını sübut etməyə çalışıb.

İllər əvvəl Rusiyada xüsusilə qafqazlılara qarşı “cəzalandırma əməliyyatları” ilə məşhur Qeyri-leqal Mühacirət Əleyhinə Hərəkatına yardım göstərdiyi, öz torpaqlarında BORN üzvlərinə döyüş təlimi keçmək üçün yer ayırdığı və bu təşkilat tərəfindən Moskva meri və Rusiya prezidenti vəzifələrinə namizədliyini irəli sürən Sterliqov bunların hamısının “Rusiyanın və Putinin düşmənləri tərəfindən” uydurulduğunu bildirir.

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir

Sterliqov mətbuat konfransına da atla gəlib

Sterliqov hesab edir ki, onun yazdığı “İvan Qroznıdan Putinə kimi” tarix dərsliyi car olunduqdan sonra “düşmənləri baş qaldırıb”, çünki, onun sözlərinə görə, o, “cadugər alimləri”, “saxta kilsəni” ifşa etdiyi üçün və Putin hakimiyyətinin “devrilməsi cəhdlərinə” qarşı səylərinə görə, “Amerika xüsusi xidmətlərinin sifarişi ilə” təqib olunmağa başlayıb.

“Hər şey yaxşı olsa”, German Sterliqov həm Rusiyada, həm Qarabağda “kəndli təsərrüfatlarının inkişafı” ilə məşğul olmaq niyyətindədir.

Hazırda o, Qarabağda bir su dəyirmanını alıb, torpaq sahələri axtarır, bir neçə atı var. Atları ona “Başneft” şirkəti ilə bağlı cinayət işi üzrə hazırda Moskvada ev dustaqlığında olan Qarabağ əsilli sahibkar Levon Hayrapetyan hədiyyə edib.

Sterliqov Qarabağla Rusiyanı “yaxınlaşdırmaq” istəyir

German Sterliqovun arvadı Alyona Şuşada moda evini açmaq niyyətindədir

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *