Rusiyada ultramillətçi azərbaycanlı tələbənin qətlini sifariş verdi
Rusiyanın prisyajnılar kollegiyası "Rus Millətçilərinin Döyüş Təşkilatı"nın (BORN) lideri İlya Qoryaçevi bir sıra gurultulu qətllər təşkil etməkdə müqəssir bilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin məlumat verib.
İlya Qoryaçev ekstremist birlik yaratmaq, cinayətkar təşkilata rəhbərlik etmək, milli dözümsüzlük motivləri əsasında qətllərdə iştirak etmək, həmçinin qeyri-qanuni silah dövriyyəsində təqsirkar bilinib.
İstintaqın məlumatına görə, Qoryaçev anti-faşist Fyodor Filatov və İlya Caparidze, vəkil Stanislav Markelov, azərbaycanlı tələbə Rəsul Xəlilov və tacik Səlahəddin Əzizovun aradan götürülməsinə göstəriş verib.
Rusiya qanunvericiliyinə əsasən, Qoryaçevi ömürlük həbs gözləyir. Lakin onun işi cəza müddətinin maksimum 40 il nəzərdə tutulduğu Serbiyadan ekstradisiya olunub.
Bundan əvvəl, BORN-un üç üzvü ömürlük, daha bir iştirakçısı isə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> Report.az