Rusiyada bazarda adam baltalayan azərbaycanlını mühakimə edirlər
Rostov vilayətində İvanovsk vilayətində gizlənən qatili mühakimə edəcəklər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, 48 yaşlı Azərbaycan respublikasının vətəndaşı 2013-cü ilin oktyabr ayında öz dostu ilə Aksaysk bazarının əməkdaşını qətlə yetirib.
“Kişi bazarda içkili olan vətəndaşlara irad tutub, mübahisə başlayıb. Mübahisə zamanı asayişi pozanlar bıçaq və balta ilə kişinin üzərinə hücum ediblər. Aldığı yaralardan zərərçəkən həlak olub” – Rostov vilayətinin istintaq idarəsindən bildiriblər.
Cinayətkarlardan biri anında saxlanılıb. Onu 16 il müddətinə azadlıqdan məhrum ediblər. İvanovsk vilayətində gizlənən Azərbaycan vətəndaşını bu ilin martında saxlayıblar, o məhkəmə araşdırmasının nəticəsini gözləyir.
“Öncədən razılaşdırılmış şəkildə bir qrup adam tərəfindən törədilən qətl” maddəsinə görə maksimal cəza ömürlük həbsdir.
Mənbə:> Oxu.Az