Azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib

Azərbaycanlı Şri-Lanka vətəndaşını qətlə yetirib


APA-nın “newdaynews.ru” saytına istinadən verdiyi məlumata görə, ağır bıçaq zərbələri almış 33 yaşlı şri-lankalı bir gün əvvəl səhər saatlarında Şlisselburq prospektində yerləşən binalardan birindəki mənzildə aşkar edilib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona arteriyanın yüngül zədələnməsi ilə müşayiət olunan çiyin yarası, ürək yaxınlığında döş qəfəsinin zədəsi və ağ ciyərin deşilməsi diaqnozu qoyulub. Lakin yaralı bir neçə saat sonra ölüb.
Hadisədə şübhəli bilinən 49 yaşlı işsiz azərbaycanlı saxlanılıb. Saxlanılan şəxs polisə onun evində qonaq olan şri-lankalıya bıçaqla hücum etdiyini etiraf edib. Faktla bağlı qəsdlə adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *