Azərbaycanlı 11 ildən sonra cəzalandırıldı
Azərbaycan sakini 11 il bundan öncə Rusiyanın Voloqodsk vilayətində qadını qətlə yetirdiyinə görə ittiham edilib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, faciə 2004-cü ildə Ustüjinsk rayonunun Çuprovo kəndində baş verib. Azərbaycan vətəndaşı Şakif Ziyadxan oğlu Rəfixanov 27 yaşlı qadını döyərək ona kəllə-beyin travması və qarın nahiyəsinə ağır zərbə yetirib, bunun nəticəsində qadın həlak olub.
Sonrakı beş il müddətində kişi Azərbaycan Respublikasında gizlənib, burada o, 2009-cu ildə yerli polis əməkdaşları tərəfindən saxlanılıb.
Voloqodsk vilayətinin prokurorluğundan verilən məlumata əsasən, Rusiya Federasiyası ərazisində insan ölümü ilə nəticələnən sağlamlığa yetirdiyi xəsarətə görə, ittiham edilən şəxs Azərbaycan Respublikasının Bakı Ağır Cinayətlər üzrə Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> Oxu.Az