Rusiyada azərbaycanlılar və çeçenlər arasında kütləvi dava » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiyada azərbaycanlılar və çeçenlər arasında kütləvi dava

Rusiyada azərbaycanlılar və çeçenlər arasında kütləvi dava



Rusiya Federasiyası Kareliya Respublikasının Petrozavodsk şəhər məhkəməsinin hakimi Dmitri Xromıx tezliklə keçən ilin yanvar ayının 27-də Kareliya paytaxtında baş verən ciddi fövqəladə hadisə barəsində rezonans cinayət işinə baxmağa başlayacaq.

Xatırladaq ki, Melentyev küçəsinin və Oktyabrsk prospektinin kəsişməsində “Qlavnıy” ticarət mərkəzinin avtomobil parkinqində kütləvi dava baş verib. Bu davada Kareliyaya Azərbaycan, eləcə də Çeçenistan və İnquşetiyadan gələn 40-a yaxın gənc insan iştirak edib, Oxu.Az “Vesti Karelii”ya istinadən xəbər verir.

Nəticədə davanı başladan çeçen diasporasının nümayəndələri azərbaycanlılardan ciddi cavab alıblar. Onlar “rəqiblərindən” fərqli olaraq özləri ilə dəyənək, boru kəsikləri və bıçaq götürmüşdülər. Nəticədə çeçenlərdən biri ağır kəllə-beyin travması ilə xəstəxanaya yatırılıb, onun bir neçə yerlisi isə müxtəlif bədən xəsarətləri alıblar.

Kareliya İstintaq İdarəsi rəisinin səlahiyyətlərini yerinə yetirən ədliyyə polkovniki Denis Dudiçin “Vesti karelii” jurnalistinə verdiyi məlumata əsasən, ilkin istintaqa əsasən dörd ittiham edilən şəxsə (Azərbaycan diasporasının nümayəndələrinə - red.) bilərəkdən sağlamlığa ağır və orta dərəcəli xəsarətin və əmlaka (dava zamanı altı zərərçəkəndən birinin maşınına zərər yetirilib) ziyan vurulması üzrə ittiham irəli sürülüb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *