14 yaşlı qız atasının zorakılığına dözmədi və... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

14 yaşlı qız atasının zorakılığına dözmədi və...

14 yaşlı qız atasının zorakılığına dözmədi və...


Türkiyədə bir ailədə yaşanan mübahisə ölümlə nəticələnib.

ANS PRESS-in məlumatına görə, Kocaelinin Kandıra rayonunda meydana gələn hadisədə 14 yaşlı qız içkili vəziyyətdə gələrək onu və anasını döyməsi səbəbilə atasını qətlə yetirib.

2009-cu ildə 12 yaşlı qızını traktor qəzasında itirən İ.K. qızının ölümündən sonra hər gün içki içməyə, evə sərxoş gəlməyə başlayıb.

Sərxoş ata içkinin təsirilə hər dəfə evdəkilərə zorakılıq göstərirdi. Hadisə baş verən gün də yenə həmin günlərdən biri olub.

Sərxoş halda evə gələn İ.K. həyat yoldaşını döyməyə başlayıb. Bu vaxt evdə olan 14 yaşlı qız R.K. dözə bilməyib və əlinə aldığı mətbəx bıçağı ilə atasının sinəsindən vuraraq ona xəsarət yetirib.

Qanlar içində xəstəxanaya çatdırlıan kişinin həyatını xilas etmək olmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *