Bakıda ata 15 yaşlı qızını belə öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
AzNews.info-nun lent.az-a istinadən verdiyi məlumatına görə, Sabunçu rayonu ərazisində Ramin İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil maneəyə çırpılıb.
Nəticdə avtomobildə olan sərnişinlərdən sürücünün qızı, 2000-ci il təvəllüdlü Salayeva Cəvanə Ramin qızı ağır bədən xəsarətləri alıb. 15 yaşlı qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə: Lent.az