Bakıda görünməmiş hadisə: Avtomobil ARDNŞ-in binasına girdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Avto

Bakıda görünməmiş hadisə: Avtomobil ARDNŞ-in binasına girdi

Bakıda görünməmiş hadisə: Avtomobil ARDNŞ-in binasına girdi


Bu günlərdə Bakının Səbail rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info Lent.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Yadigarov Elman Elxan oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VG 510 nömrə nişanlı avtomobil Dövlət Neft Şirkətinin binasına çırpılıb. Belə ki, sürücünün idarəetməsindən çıxan avtomobil şirkətin Niyazi küçəsi 1 ünvanında yerləşən əsas binasının giriş qapısına çırpılaraq dayanıb. Nəticədə binanın qapısı sınıb, sürücü isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *