Qarabağa köçən rus milyarderə cinayət işi açıldı
Bu günlərdə Qarabağa gələrək orada məskunlaşacağını bəyan edən, daha sonra Rusiyaya qayıdan qalmaqallı və avantürist rusiyalı milyonçu German Sterliqova və onun erməni vəkili Artur Ayrapetova cinayət işi açılıb.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə vəkil A.Ayrapetov bəyan edib. Vəkil deyib ki, o və müvəkkili böhtançılıqda suçlanırlar.
Məhkəmə araşdırlmasının başlanmasına İsrail vətəndaşı Milana Qorenşteynin iddiası səbəb olub.
“German Lvoviç Sterliqova və mənə qarşı şəxsi xarakterli iddia ərizəsi verilib. Məhkəməyə belə ərizə təqdim olunanda avtomatik olaraq cinayət işi açılır. Sterliqovla mən böhtan atmaqda böhtan atmaqda ittiham olunuruq” - deyə A.Ayrapetov bildirib.
Məlumata görə, İsrail vətəndaşını Sterliqovun tanınmamış “DQR”-də keçirdiyi mətbuat konfransında dediyi bir ifadə hiddətləndirib. Belə ki, Sterliqov İsrail vətəndaşı olan xanım Qorenşteyni “psixi xəstəlikdən əziyyət çəkən” şəxs adlandırıb, bu zaman da vəkili Ayrapetovun dediklərinə əsaslanıb.
Bu iddia ərizəsindən sonra Sterliqovun Rusiyadan çıxmaqla bağlı problemləri yaranıb. İndi o, Dağlıq Qarabağa gələ bilmir. “DQR”-də isə onun ailəsi və təsərrüfatı qalıb.
A.Ayrapetova gəlincə isə cinayət işi ilə əlaqədar onun vəkil lisenziyası əlindən alına bilər.
Mənbə:> Virtualaz.org