Azərbaycanın turizm sektorunun inkişafı üçün əla imkan » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanın turizm sektorunun inkişafı üçün əla imkan

Azərbaycanın turizm sektorunun inkişafı üçün əla imkan


“Birinci Avropa Oyunları Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi üçün əla imkandır”. Bu barədə ANS PRESS-ə BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müavini Əbdül Qafar deyib.

Onun sözlərinə görə, turizmdə belə bir qayda var ki, bir turist gələcəkdə ölkəyə bir neçə turistin gəlməsinə zəmin yaradır: “Təbii ki, Avropa Oyunları zamanı Azərbaycana çoxlu sayda turistlər gələcək. Onlar ölkənin gözəlliyini, Azərbaycan xalqının qonaqpərvərliyini, mədəniyyətini, tarixini görəcək və bu barədə öz ölkələrində danışacaqlar. Əminəm ki, bu, Azərbaycanın turizm sənayesinin inkişafına əhəmiyyəti dərəcədə təsir edəcək”.

Ə.Qafar əlavə edib ki, eyni zamanda, dünya mediasının diqqəti Azərbaycanda olacaq: “Bütün dünya mediası Azərbaycan haqqında yazacaq və Azərbaycan dünyada geniş təbliğ olunacaq. Əlbəttə, bunu görən insanlar Azərbaycanla maraqlanacaq, ölkəyə gəlmək istəyəcəklər. Əminliklə deyə bilərəm ki, Azərbaycan turizmini böyük inkişaf gözləyir”.

Baş katibin müavini ölkədə yaradılmış infrastrukturu da yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanda müasir və dünya standartlarına cavab verən infrastruktur yaradılıb: “Təbii ki, bu da ölkəyə gələn qonaqların diqqətini cəlb edir”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *