Litvalı nazirdən Avropa Oyunları ilə bağlı » AzNews.info -Xəbər portalı

Litvalı nazirdən Avropa Oyunları ilə bağlı – AÇIQLAMA

Litvalı nazirdən Avropa Oyunları ilə bağlı


“Birinci Avropa Oyunları Azərbaycanın dünyada geniş təbliğ edilməsi üçün böyük bir hadisədir”.

AzNews.info xəbər verir ki, bu barədə Trend-ə Litvanın mədəniyyət naziri Sarunas Birutis deyib.

O qeyd edib ki, Azərbaycan artıq öz iqtisadi və siyasi nailiyyətlətri ilə dünyada güclü nüfuz qazanıb: “Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycan haqqında kifayət qədər məlumatı olmayan insanların ölkə haqqında geniş bilgi əldə etməsi üçün böyük təşviqat kampaniyasıdır”.

İki il öncə Bakıda olduğunu qeyd edən nazir bildirib ki, ötən müddət ərzində şəhərdə təəccübləndirici dəyişikliklərin olduğunu bildirib: “Avropa Oyunlarına qısa müddət ərzində bu cür yüksək səviyyədə hazırlaşmaq əlbəttə təəccübləndiricidir”.

Litvalı nazir əlavə edib ki, idman mədəniyyətimizin bir hissəsidir və mühüm əhəmiyyət kəsb edir, çünki müxtəlif millətlərdən olan insanlar bir araya gəlir: “Əlbəttə bu cür görüşdən sonra insanlar bir-birilərini daha yaxşı başa düşür. Bu baxımdan Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan sülhə və sabitliyə də öz töhfəsini vermiş olur”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *