Azad Rəhimov I Avropa Oyunlarında idmançıların xərclərinin ödənilməsindən danışdı » AzNews.info -Xəbər portalı

Azad Rəhimov I Avropa Oyunlarında idmançıların xərclərinin ödənilməsindən danışdı

Azad Rəhimov I Avropa Oyunlarında idmançıların xərclərinin ödənilməsindən danışdı


Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov I Avropa Oyunlarına qatılacaq hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi məsələsi ilə bağlı mətbuata açıqlama verib.

Əməliyyat Komitəsindən Oxu.Az-a daxil olan məlumata görə, nazir A.Rəhimov açıqlamasında bunları deyib:

“İlk növbədə Avropa Olimpiya Komitələrinin (AOK) 2012-ci il dekabr ayında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı verdiyi qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istərdim. Bu öhdəliklərə I Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda bildirəm ki, bundan öncə keçirilmiş London, Soçi və digər Olimpiya Oyunları üçün də belə öhdəliklər mövcud olmuşdur. Beynəlxalq idman aləmində bu təcrübə geniş yayılmış və hər hansı bir istisna halı kimi qəbul edilməməlidir”.

Gənclər və idman naziri qeyd edib ki, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək: “Oyunları izləyən beynəlxalq tamaşaçı kütləsi sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək. Bildirmək istərdim ki, oyunlar üçün ayrılmış və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *