Azərbaycanın şimalı turistlər üçün hazırdır – VİDEO
Ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində əcnəbi qonaq və turistlər üçün 4 marşrut planı artıq hazırdır. Azərbaycan bu yay çoxsaylı turist axınına hazırlaşır. Avropa Oyunları ərəfəsində şimal bölgəsi üzrə 4 turizm marşrutu müəyyənləşdirilib.
I Avropa Oyunları ərəfəsində əcnəbi qonaq və turistlərin bölgələrə marşurut planı artıq hazırdır. Avropa Oyunlarında şimal bölgəsi üzrə əsas 4 turizm marşurutu müəyyənləşidrilib. Oyunlar zamanı Azərbaycana üz tutan turistlərə şimal bölgəsində qədim Şabran şəhərinin qalıqları, Xınalıq kəndi, “Şahdağ” qış-yay turizim komlpeksi və Qusardakı Şeyx Cüneyd türbəsi kimi məkanlara baş çəmək təklif olunacaq.
Hesab olunur ki, IX əsrə aid Şabran şəhərinin qalıqları, arxeoloji qazıntılar zamanı burada tapılmış nümunələr xarici turistlərə maraqlı ola bilər.
Turistlər Qubada rayon mərkəzindən 57 km aralıda yerləşən Xınalıq kəndi ilə yaxından tanış olacaqlar. 5 min il tarixi olduğu deyilən Xınalıq kəndi həm də Azərbaycanın ən hündür yaşayış məntəqəsidir.
Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalığın yerli muzeyində nadir tapıntılar saxlanılır.
Xınalıqdakı etnoqrafiya muzeyində bir qab var ki, bu, mal bağırsağından hazırlanıb. Lap qədim dövrlərdən indiyəcən gəlib çıxan bu qabda xüsusi olaraq dərman saxlanılıb. Bundan əlavə, bu muzeydə 4 qulplu küplər də var. Muzey təmsilçisinin dediyinə görə, bu küplər yalnız Xınalıq muzeyində saxlanılır.
Xınalıq məktəbinin direktoru Ənvər Məmmədov deyir ki, Xınlığın özünün adət-ənənələri tarixi abidələri və qədimdən qalma məscid, minarə və türbələri var.
Xınalıqla yanaşı Qusarın Həzrə kəndində yerləşən Şeyx Cüneyd türbəsinə ekskursiya Azərbaycanın oyunlar ərəfəsində qəbul edəcəyi turistlərə maraqlı ola bilər.
Avropa Oyunları ərəfəsində nəzərdə tutulmuş turizm marşurutuna daxil olan 4-cü ünvan “Şahdağ” qış-yay turizm kompleksidir.
Ümumiyyətlə, qonaqlara Şimaldakı turizm mərkəzlərində istirahət təklif olunacaq. Nazirlik bununla bağlı artıq xüsusi göstəriş verib.
Mənbə:> ANSPRESS