Bakıda “Media kəndi” yaradıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bakıda “Media kəndi” yaradıldı – VİDEO

Bakıda “Media kəndi” yaradıldı


37 gündən sonra baş tutacaq Avropa Oyunlarını işıqlandırmaq məqsədilə ölkəmizə gələn əcnəbi jurnalistlər isə “Media kəndi”ndə yerləşdiriləcəklər.

Bu barədə ANS-ə müsahibəsində “Bakı 2015” Avropa Oyunları əməliyyatlar komitəsinin mətbuat əməliyyatları üzrə direktoru Ceyn Pirs deyib:

“Avropa Oyunlarını işıqlandırmaq üçün akkreditasiyadan keçən 800 nəfərdən çox əcnəbi jurnalist üçün “Media kəndi” inşa olunub. “Media kəndi”ndə jurnalistlərin fəaliyyəti üçün kompüterlər, “Wi-Fi” və digər bu kimi imkanlar yaradılıb. Onu da deyim ki, “Media kəndi” yalnız əcnəbi jurnalistlər və fotomüxbirlər üçün nəzərdə tutulub.

Onları idman arenalarına “Media kəndi”ndən pulsuz xüsusi avtobuslar aparıb-gətirəcək. Onu da deyim ki, bu əcnəbi media nümayəndələri üçün məcburi deyil, yəni onlar sərbəst şəkildə istədikləri oteldə də qala bilərlər”.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *