“Facebook”dan daha bir yenilik
AZXEBER.COM-un məlumatına görə, mütəxəssislər bu asılılıqdan və xəstəliklərdən xilas olmaq üçün sosial media “pəhriz”ini məsləhət bilirlər. “Pəhriz”in şərtləri isə çox sadədir.
Bunun üçün ilk növbədə “insanlar nə edirlər?” sualını beyninizdən silməlisiniz. Birinci addım olaraq telefon və planşetlərinizdən sosial mediaya aid proqramları silin. Özünüzə vaxt müəyyənləşdirin. Məsələn, “mən iki həftə sosial media hesablarıma girməyəcəm” deyin və həmin müddət bitənədək sosial mediadan istifadə etməyin.
Əgər bunları etmək çətindirsə, sosial mediada ən çox izlədiyiniz insanları izləməkdən əl çəkin. Son olaraq isə sosial media ilə bağlı olan saytlardan uzaq durun. Bunlara əməl etsəniz, sosial media asılılığınız azalacaq, real həyatı yaşamaq üçün daha çox vaxtınız olacaq.
Mənbə:> AZXEBER.COM