Facebook gələn ildən belə olacaq
Facebook daha bir yeniliyə imza atır.
ANS PRESS-in məlumatına görə, Facebook 2015-ci ildən etibarən səhifədə çıxan reklam xarakterli xəbərlərin sayını azaldacaq.
Şirkətin verdiyi açıqlamaya görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki. istifadəçiləri xəbərlərdən çox sosial şəbəkədəki dostların haqqında məlumatlar maraqlandırır. Bu səbəbdən şirkət sosial şəbəkədə reklam xarakterli xəbərlərin sayını azaldacaq.
"İnsanları hansısa məhsulu almaq üçün məcbur edirlər. Bu isə istifadəçiləri narahat edir", deyə açıqlamada bildirilir.
Xəbərdə bildirilir ki, Facebook-da reklam xarakterli xəbərlərin sayı 2015-ci ildən azaldılacaq.
Mənbə:> ANSPRESS