MTN xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

MTN xəbərdarlıq etdi

MTN xəbərdarlıq etdi


Azərbycan Milli Təhlükəsizlik Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

“Facebook” sosial şəbəkəsində adında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası ilə əlaqəli rekvizitlərin (ad, simvol və s.) olduğu bəzi hesab, səhifə və qruplar mövcuddur.

Nazirlik həmin sosial şəbəkə resurslarının Milli Təhlükəsizlik Nazirliyinə heç bir aidiyyəti olmadığını açıqlayıb.

Nazirlikdən onu da bildiriblər ki, Nazirliyin fəaliyyəti ilə bağlı informasiyalarda müvafiq hesab, səhifə və qruplardakı məlumatlara istinad olunmamalıdır.

Qeyd edək ki, nazirliyin rəsmi sosial şəbəkə resursları aşağıdakılardır:

1. "Facebook" sosial şəbəkəsində - "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi" səhifəsi (www.facebook.com/azerbaijanmns);

2. "Twitter" sosial şəbəkəsində - "MTN Azərbaycan" səhifəsi (twitter.com/AzerbaijanMNS).

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *