Putindən sensasion yasaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Media

Putindən sensasion yasaq

Putindən sensasion yasaq


Rusiyada qəbul edilən yeni internet qanununa əsasən sosial şəbəkələr “qara siyahı”ya salına bilər.

ANS PRESS-in məlumatına görə, Rusiyada qəbul edilən internet qanunu ən çox istifadə edilən sosial şəbəkələrə¬ zərbə vura bilər. Belə ki, yeni qanun ölkədə senzuranın gətiriləcəyini göstərir. Yüksək vəzifəli nümayəndələrdən biri bu qanunla, “Facebook” və “Twitter” sosial şəbəkə saytlarının, eləcə də “Gmail” e-poçt xidməti servisinin bağlana biləcəyini açıqlayıb.

Rusiya Federasiyası prezidenti Vladimr Putin təsdiqlədiyi yeni qanun çərçivəsində hər üç şirkətə yanvar ayına qədər Rusiyanın rabitə və informasiya texnologiyalarının izlənməsi qurumuna müraciət etmələri üçün vaxt verib.

Rusiyanın "İzvestiya" qəzetinə müsahibəsində məsələ ilə bağlı açıqlama verən "Roskomnadzor"un sədr müavini Maksim Ksenov internet yasaqlarını belə dəyərləndirib: "Twitter, Facebook və Gmail qərar verməlidir. Hökumət onları ölkədən çıxarmaq istəyir və imzalanmış qanunu həyata keçirmək fikrindədir".

“GMail” və “Twitter” məsələ ilə bağlı açıqlama vermək istəməyib, “Facebook” isə ümumiyyətlə bu yöndə olan sorğuları cavablandırmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *