SOCAR-da islahatlar aparılacaq?
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı hökumətə SOCAR-da islahatlarla bağlı təkliflər hazırlayır.
Bu barədə Axar.az-a təşkilat sədri Mirvari Qəhrəmanlı məlumat verib. M.Qəhrəmanlı bildirib ki, təkliflər may ayının ortalarında təqdim ediləcək:
"Müqayisəli təhlil aparırıq. Əsasən strukturun təkmilləşdirilməsi, şirkətin sırf biznes quruma çevrilməsi üçün araşdırma edirik. İldə 7,4 milyon ton neft çıxaran şirkət mürəkkəb struktura malikdir. Düşünürük ki, bir çox qurumlar şirkətin tərkibindən çıxarılmalı, şirkət həmin qurumlarla müqavilə əsasında işləməlidir”.
QHT sədri bildirib ki, hazırda üzərində işlədikləri hər bir təklif əsaslandırılacaq.
Mənbə:> Axar.az