SOCAR yeni şirkət yaratdı
SOCAR yeni şirkət təsis edib.
Aznews.info-un məlumatına görə, APA “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, Vergilər Nazirliyi “SOCAR Capital” MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkətin nizamnamə kapitalı 3 mln. manatdır. MMC-nin qanuni təmsilçisi Samir Kərimovdur. Şirkətin Müşahidə Şurasının üzvləri Rövnəq Abdullayev, Süleyman Qasımov və Eldar Orucovdur.
Mənbə:> APA