"Gilan Holding" iki yeni şirkət yaratdı
Azərbaycanda "Gilan Holding"in təsisçiliyi ilə "Gilan Trading" MMC və "Gilan Tech" MMC adlı iki şirkət qeydiyyatdan keçirilib.
"Report"un əldə etdiyi məlumata görə, hər iki MMC Vergilər Nazirliyində qeydiyyata alınıb.
Ayrı-ayrılıqda nizamnamə kapitalı 100 manat olan şirkətlərin hüquqi ünvanı Yasamal rayonu, Nəriman Nərimanov prospekti,206, məhəllə 466-dır. Hər iki şirkətin qanuni təmsilçisi isə Ceyhun İsmayıl oğlu Cəfərovdur.
Qeyd edək ki, 1992-ci ildən fəaliyyət göstərən "Gilan Holding" tikinti, turizm və sənaye sahəsində fəaliyyət göstərir.
Mənbə:> Report.az