“Garant Holding” iftar həftəsini uğurla başa çatdırdı – FOTO
İyulun 13-dən 16-nə qədər, Ramazan ayının son həftəsini əhatə edən “Garant Holding iftar süfrəsinə dəvət edir” aksiyası dünən başa çatıb.
Oxu.Az xəbər verir ki, həftə ərzində, 13 dən 16-dək hər gün paytaxtın 12 nöqtəsində «Garant Holding» iftar süfrəsinə dəvət edir» şüarı altında aksiya ümumilikdə ətrafına 10000-dən çox insan topladı.
Artıq neçənci ildir ki, davamlı olaraq hər Ramazanda keçirilən aksiya Garant Holding-in təsiscisi Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb. Ötən illərdən fərqli olaraq bu il çoğrafi baxımdan daha da genişlənən aksiyda Baki şəhəri ilə yanaşı, Ucar rayonunda da keçirilib.
Aksiyanın Ucar rayonunda keçirilməsində məqsəd onun təkcə paytaxtda deyil ölkəmizin digər regionlarında da yaşayan həmvəntənlərimizə Ramazan bayramı sevincinə şərik etmək idi.
Aksiyanın bu mərhələsinin təşkilində çadırların qurulduğu ərazilərin aid olduğu müvafiq İcra hakimiyyəti orqanları öz dəstəyini əsirgəməyib. Yasamal və Nərimənov rayon İcra hakimiyyətlərinin ərazisində- Nizami, Elmlər Akademiyası,Nərimanov və Gənclik metrostansiyalarının çixışında qurulan səyyar çadırlar Garant Holdinq əməkdaşlarının şəhər sakinləri ilə birlikdə iftar açmasına xidmət etdi.
Azərbaycanın ən iri şirkətlərindən biri olan Garant Holdinq xalqımızı və bütün müsəlman dünyasını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir!
Mənbə:> Oxu.Az