Dövlət istiqrazına böyük tələb: 9 investor, 16 sifariş
Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
AzNews.info “Marja”ya istinadən xəbər verir ki, hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 36 milyon 215 min 300 manat təşkil edib.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat olub.
İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.
Mənbə:> Marja.az