Maliyyə Nazirliyi yeni istiqraz emissiyasına hazırlaşır
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 manat olan 4 milyon ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.
Bu barədə Oxu.Az Palatanın mətbuat xidmətinə istinadən xəbər verir.
“İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcək”, - deyə Palatadan qeyd edilib.
Mənbə:> Oxu.Az