Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq

Azərbaycanda Maliyyə Sabitliyi Komitəsi yaradılacaq


Gələcəkdə Azərbaycanda Maliyyə Sabitliyi Komitəsinin yaradılması planlaşdırılır.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin növbəti plenar iclasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Komitəsində Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəliyi təmsil olunacaq.

“Bu üç qurum arasında Memorandum imzalanacaq. Artıq bu sənəd də hazırdır”, - deyə R. Aslanlı bildirib.

R. Aslanlı əlavə edib ki, bu gün Milli Məclisin plenar iclasında müzakirə olunan 24 məsələdən ibarət olan paketdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri öz əksini tapıb. İşçi qrupunun rəhbəri Palatanın strukturu və idarə edilməsi ilə funksiyaları açıqlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *