Komitə sədri tənqid etdiyi şirkətin ofisinə getdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Komitə sədri tənqid etdiyi şirkətin ofisinə getdi

Komitə sədri tənqid etdiyi şirkətin ofisinə getdi


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı vəkil Əkrəm Həsənovun yaratdığı Antikollektor Mərkəzinin ofisinə gedib.

Oxu.Az xəbər verir ki, bu barədə Ə.Həsənov öz Facebook səhifəsində yazıb.

O bildirib ki, R.Aslanlı özünü Mərkəzin əməkdaşına borclu vətəndaş kimi təqdim edərək hüquqi yardımın şərtləri barədə maraqlanıb:

“Əməkdaşımız ona izah edib ki, bunun üçün sənədlərini təqdim etməlidir. Qiymət siyasətimiz haqda da soruşub və ona bildirilib ki, bunun üçün iş təhlil edilməlidir, amma ən azı ilkin məsləhət hər bir halda pulsuzdur. Ümid edirəm ki, bundan sonra Rüfət müəllim Antikollektor haqda fikrini dəyişib.

Bununla belə, Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirmək istərdim. Təbii, həmin fikirlər tamamilə yanlışdır. Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Lakin iki şərtlə: birincisi, qanun çərçivəsində, ikincisi imkan daxilində”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *