Azərbaycanda xüsusi vergi rejimi tətbiq olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda xüsusi vergi rejimi tətbiq olunacaq

Azərbaycanda xüsusi vergi rejimi tətbiq olunacaq


Azərbaycanın qiymətli kağızlar bazarında xüsusi vergi rejiminin tətbiqinə 2016-cı ildən başlana bilər. AzNews.info-nun məlumatına görə, bu barədə Trend-ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

O deyib: "Dünya praktikasında qiymətli kağızlar bazarında əməliyyatlar üçün vergitutma və vergi rejimi spesifikdir. Вununla əlaqədar maliyyə bazarının bu seqmentinin az və ya çox daha fəal fəaliyyət göstərdiyi ölkələrin əksəriyyətində belə əməliyyatlar üçün xüsusi vergi rejimi mövcuddur. Onlar hətta maliyyə bazarının digər seqmentlərinə, yəni banklardan və sığorta şirkətlərindən vergitutmaya nisbətən spesifikdirlər. Biz iki il bu məsələni öyrəndik və ötən il Vergilər Nazirliyi ilə birgə qiymətli kağızlar bazarındakı əməliyyatlar və alətlər üçün vergi rejimi işləyib hazırladıq".

Aslanlının sözlərinə görə, qanun layihəsi artıq hazırdır və dövlət büdcəsi gəlirləri ilə bilavasitə əlaqəsi olan fiskal orqan kimi Maliyyə Nazirliyinə təqdim edilib: "2016-cı ilin büdcə prosesləri, eləcə də Vergi Məcəlləsinə düzəlişlər çərçivəsində tezliklə müzakirələr başlanacaq və ümid edirəm ki, maya kimi artıq fond bazarı üçün vergi rejimi üzrə müvafiq qərar qəbul ediləcək. Əgər hökumətdə müsbət qərar verilərsə, o zaman 2016-cı ildən bu rejim qüvvəyə minə bilər".

QKDK sədri, həmçinin investisiya fondlarından vergi tutulması məsələsinə də toxunub: "Azərbaycanda investisiya fondlarının fəaliyyəti üçün hüquqi baza 2010-cu ildən mövcuddur və onlardan vergi tutulması müəyyən spesifikaya malikdir. Ona görə də biz onlar üçün xüsusi rejim işləyib hazırlamışıq".

Aslanlı əlavə edib ki, qiymətli kağızlarla əməliyyatların, eləcə də maliyyə vasitəçilərinin və institutların dərin təhlili və təsnifatı aparılıb və bunula əlaqədar müəyyən dəqiqləşdirmələr mövcuddur: "Eləcə də biz istiqrazlarla əməliyyatlardan vergilərin tutulması rejiminin təkmilləşdirilməsini təklif edirik. İstiqrazlar iki növ gəlir gətirirlər – toplanan faizlərdən və alqı-satqı arasındakı qiymət fərqlərindən. İstiqrazlar üzrə faiz gəlirlərindən 10 faiz, digər gəlirlərdən 20 faiz vergi tutulur. Qiymətli kağızlarla, eləcə də derivativlərlə əməliyyatlar zamanı bir sıra xüsusi məqamlar var. Ona görə də borc alətləri ilə əməliyyatlardan vergilərin tutulmasını təkmilləşdirməyi və dəqiqləşdirməyi təklif edirik”.

Eləcə də qiymətli kağızların saxlanması xidmətlərinin maliyyə xidmətləri bazasına daxil edilməsi və qiymətli kağızların ƏDV-dən [ölkədə bu verginin dərəcəsi 18 faiz təşkil edir] azad edilməsi təklif olunur.

Aslanlının sözlərinə görə, QKDK səhmlərin açıq yerləşdirilməsinin (IPO) stimullaşdırılması, o cümlədən müəyyən zaman dövründə vergi tətilinin tətbiqi üzrə təkliflər paketi də işləyib hazırlayıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *