Azərbaycanda 16,4 milyon dollarlıq dövlət istiqrazları alınıb
Fevralın 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Bakı Fond Birjasından Oxu.Az-a bildirilib.
Məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib.
Sifarişlər 95,2505% (gəlirlilik 5%) və 97,1000% (gəlirlilik 2,99%) qiymət intervalında təqdim edilib.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 96,6184 (gəlirlilik 3,51%) orta ölçülmüş qiymət 97,0199 (gəlirlilik 3,08%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib.
İstiqrazların ödəmə tarixi 10 fevral 2017-ci il, tədavül müddəti isə 364 gündür.
Bakı Fond Birjasında, həmçinin Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 milyon dollar təşkil edib. Sifarişlər 98,6890% qiymətlə təqdim edilib.
Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.
Mənbə:> Oxu.Az