Azərbaycanlılar fond bazarında qazana biləcəklər
2016-cı ildə Azərbaycan hökuməti daxili fond bazarında yerləşdirmək üçün manat və dollar istiqrazları buraxmağı planlaşdırır.
AzNews.info Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Samir Şərifov bazar günü ANS-ə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu il manat istiqrazları üzrə gəlirlilik inflyasiya səviyyəsini ötəcək və 11-12% təşkil edəcək. Dollar istiqrazları üzrə faiz dərəcəsi isə 3% olacaq.
“Manatla borc öhdəliklərinin buraxılmasında əsas məqsəd milli valyutaya inamın qaytarılması və əhalinin əmanətlərinin bazara cəlb edilməsidir.
Bununla yanaşı, dollar istiqrazları üzrə gəlirlilik bank əmanətləri üzrə faiz dərəcələrindən aşağı olacaq ki, bank sektorundan valyuta axınına yol verilməsin”, - deyə, nazir bildirib.
Mənbə:> Trend