Azərbaycan iqtisadiyyatının artım proqnozu dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Azərbaycan iqtisadiyyatının artım proqnozu dəyişdi

Azərbaycan iqtisadiyyatının artım proqnozu dəyişdi


Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın 2015-ci il üzrə iqtisadi artım proqnozunu 3,4 faiz bənd artırıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə BVF-in oktyabr ayı üçün olan “Dünya İqtisadi Proqnozları”adlı hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, BVF Azərbaycan iqtisadiyyatının 2015-ci ildə 4% artacağını gözləyir. Apreldə dərc olunan hesabatda BVF-nin bu proqnozu 0,6% idi.

Fond gələn il Azərbaycanda ÜDM-in 2,5% artacağını gözləyir. Əvvəlki proqnoz da 2,5% idi. BVF bu ilin sonunda Azərbaycanda inflyasiyanın 5%, 2016-cı ildə isə 4,2% təşkil edəcəyini gözləyir. Apreldə proqnozlar müvafiq olaraq 7,9% və 6,2% idi.

BVF ehtimal edir ki, bu il Azərbaycanın tədiyyə balansı profisitli olacaq. Fondun qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının profisiti 3 mlrd. dollar (apreldə proqnoz 5,3 mlrd. dollar idi), 2016-cı ildə 2,7 mlrd. dollar təşkil edəcək (apreldə proqnoz 8,2 mlrd. dollar idi). Fond Azərbaycanda işsizlik nisbətinin dəyişməyərək 6%-də qalacağını proqnozlaşdırır.

BVF qlobal iqtisadiyyat üçün 2015-ci il üzrə artım gözləntisini 0,2 bənd aşağı salaraq 3,1%-ə, 2016-cı il üzrə artım gözləntisini isə 0,2 bənd salaraq faiz 3,6%-ə endirib.

Təşkilat Çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6.8%-də və 6.3%-də saxlayıb.

Fond Avrozona üçün 2015 artım gözləntisini dəyişdirməyərək 1,5%-də saxlayıb, 2016-cı il üzrə böyümə gözləntisini 0.1 bənd salaraq 1.6%-ə endirib. Hesabatda, dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyi qeyd edilib. Qlobal iqtisadi arım proqnozları 2015-ci il üçün 3.3%-dən 3.1%-ə və 2016-cı il üçün 3.8%-də faiz 3.6%-ə endirilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *