DB dünya iqtisadiyyatının inkişafı barədə proqnozu dəyişdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

DB dünya iqtisadiyyatının inkişafı barədə proqnozu dəyişdi

DB dünya iqtisadiyyatının inkişafı barədə proqnozu dəyişdi


Dünya Bankı (DB) 2015-ci ildə dünya iqtisadiyyatının inkişafının proqnozunu üç faizdən 2,8 faizə qədər pisləşdirdi. Bu barədə Reuters DB-nın “Qlobal iqtisadi perspektivlər” məruzəsinə istinadən bildirib.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, inkişafın sürətinin azalmasının səbəbi ixracatçılara zərbə vuran xammalın, əsasən də neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır. İkinci neqativ amil – ABŞ-ın inkişaf edən iqtisadiyyatlar üçün kredit dəyərinin faizinin artmasıdır.

DB-nın baş iqtisadçısı Kauşik Basu (Kaushik Basu) Vaşinqtonda mətbuat konfransında ABŞ-ın Federal ehtiyat sisteminin qlobal inkişafın sürətinin azalmaması üçün 2016-cı ildən öncə faizin artırılmasının lazım olmadığı fikrini bildirib.

İnkişaf edən ölkələr üçün proqnoz 4,6 faizdən 4,4 faizə endirilib. Gözəçarpacaq dəyişiklik Braziliyada və Rusiyada olacaq, ən sürətli inkişaf edən iri iqtisadiyyat isə Hindistana aiddir (ehtimal edilən artım 7,5 faizdir).

Amerika iqtisadiyyatının inkişafının proqnozu da dəyişib. Belə ki, yanvarda verilən 3,2 faiz proqnoz, indi 2,7 faizdən ibarətdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *