Manat proqnozu düz çıxdı
Azərbaycan manatının dollara nisbətən kəskin ucuzlaşmasını Britaniya mətbuatı əvvəldən proqnoz edibmiş.
AzNews.info-nun ANS-ə istinadən məlumatına görə, “The Guardian” qəzeti MDB ölkələri ilə bağlı fevralın ortalarında hazırladığı yazıda milli valyutaların dollar və avroya nisbətən dəyər itirəcəyi bildirilib. Səbəb isə MDB ölkələrinin iqtisadiyyatının hazırda bohran yaşayan Rusiyadan asılılığı göstərilib. Yazıda deyilir ki, Azərbaycan iqtisadiyyatında Rusiyadan köçürülən pulların payı 2,5 faizdir. Ermənistanda bu rəqəm 21, Gürcüstanda isə 12 faiz göstərilib.
Azərbaycan iqtisadiyyatının neftdən asılı olduğunu bildirən ingilis qəzeti dünya bazarında hazırkı qiymətlər səviyyəsində manatın məzənnəsinin aşağı salınmasının zəruri olduğunu vurğulayıb:
“Manatın məzənnəsini sabit saxlamaq üçün ehtiyyat dollarları xərcləmək düz deyil”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ilk dəfə manatın ucizlaşacağı ilə bağlı Britaniya mətbuatına, konkret "Financial Times" qəzetinə açıqlama vermişdi.
Mənbə:> ANSPRESS