Bizim manat qorxumuz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bizim manat qorxumuz

Bizim manat qorxumuz


"Neftin dünya bazarında kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini göstərir. Bunun ilk təsiri maliyyə bazarlarında özünü göstərir."

ANS PRESS-in məlumatına görə, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

O deyib: "Rusiyanın maliyyə sistemindəki dayanıqsızlıq və əhalinin panik vəziyyətdə milli valyutanı dollara dəyişdirməsi kimi addımlar atması müəyyən mənada bu ölkə ilə sıx parakəndə ticarət əlaqəsi aparan Azərbaycana da öz neqativ təsirlərini göstərir.

Azəraycan Respublikası Milli Bankı 2015-ci ilin yanvarında manatın kursunun stabilliyini saxlamaq üçün maliyyə bazarına $1,077 mlrd intervensiya edib. Ötən ilin dekabrında bu rəqəm $1,27 mlrd olmuşdu. Əgər bu sürətlə, yəni ayda 1 mlrd dollar bazara çıxarmaqla manatın məzənnəsi qorunarsa, onda 2015-ci ilin sonunda Milli Bankın ehtiyatları tükənmək təhlükəsi ilə üzləşə bilər. Çünki artıq onun rezervləri $12,68 mlrd təşkil edir."

Onun sözlərinə görə, bu baxımdan hökumət heç də hər bir şeyi Rusiya faktorunun üzərinə yıxmaqla işini bitmiş hesab etməməlidir. Manatın kursunun sabitliyi real sektorun inkişafından keçir. İndiyə qədər Azərbaycanda manatın kursunun sabitliyi bahalı neft hesabına əldə edilmişdi. Ancaq ötən ilin ortasından “qara qızılın” qiyməti 50% ucuzlaşdı və bu stabilliyi saxlamaq üçün Milli Bank məcbur oldu ki, öz ehtiyatlarının bir hissəsini xərcləsin.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *