Manat xeyli ucuzlaşacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Manat xeyli ucuzlaşacaq

Manat xeyli ucuzlaşacaq


“Ölkədə istehlak olunan ərzağın 55-60%-i xaricdən gətirilir. Manatın ucuzlaşması təbii ki, gətirilən məhsulun qiymətinə də təsir göstərəcək”.

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, Azadlıq Radiosuna bildirib ki, manat ilin sonuna qədər 10-15 % ucuzlaşacaq: “Hökumət, Mərkəzi Bank manatın kəskin ucuzlaşmasına imkan verməyəcək. Görünür, addım-addım, yumşaq şəkildə məzənnənin dəyişilməsinə gedəcəklər və ilin sonuna qədər manat 10-15% civarında ucuzlaşacaq”.

Onun fikrincə, inflyasiyanın, qiymət artımının qarşısını inzibati yolla almaq mümkün olmayacaq. Ölkədə qeyri-neft sektorunun ixracatda payı 2%-dən çox deyil, ona görə də, ucuz manatın bu sahədə ixracatın artmasına kömək edəcəyi fikri mübahisəlidir.

Ümumiyyətlə, 2015-ci ilin “ulduzu” dollar olacaq. Çünki ABŞ iqtisadiyyatı daha tez dirçəlir və inkişaf edir, avro zonada problemlər qalır. Hətta bu il kredit, daşınmaz əmlak, avtomobil bazarında da “dollarlaşma” olacaq, yəni bu proseslər dollar üzərindən aparılacaq.

Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov fevralın 17-də Dövlət Televiziyasındakı çıxışında ölkədə manatın kəskin ucuzlaşacağı ilə bağlı narahatçılığa bir əsas görmədiyini bildirib: "İnflyasiya birrəqəmli qalacaq, ərzaq məhsullarında bahalaşmaya iqtisadi əsası yoxdur."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *