Ermənilər üçün faciəvi proqnoz » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Ermənilər üçün faciəvi proqnoz

Ermənilər üçün faciəvi proqnoz


Rublunun zəifləməsi Rusiyadan Ermənistana pul köçürmələrinin səviyyəsini xeyli azaldacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) yayadığı hesabatda deyilir.

Analitiklərin fikrincə, indiki vəziyyət Ermənistan üçün daha faciəvidir. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən Ermənistanda ÜDM artımı ən aşağı səviyyədə, 1% qiymətləndirilib. Bu il inflyasiya 4%, gələn ildə isə bu dinamika artaraq 6,4% yüksələcək.

BVF 2015-ci ildə Qafqaz və Mərkəzi Asiya ölkələrində ümumi daxili məhsul (ÜDM) artımının 3,2%-dək azalacağını proqnozlaşdırıb. Bu ölkələr sırasında ən böyük düşmə səviyyəsinin Rusiya Federasiyasına aid olacaq. Belə ki, neftin qiymətlərin kəskin düşməsi Rusiya iqtisadiyyatının 3,8% enməsinə şərait yaradacaq.

Gələn il regionda ÜDM artımı 4,2% təşkil edəcək. Bu il ÜDM üzrə büdcənin defisiti 3%, 2016-cı ildə isə 1%, illik inflyasiya müvafiq olaraq 7% və 6% olacaq.

Qafqaz və Mərkəzi Asiya regionuna, Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan daxildir. Onlardan Ermənistan, Qırğızıstan və Qazaxıstan Avrasiya İqtisadi İttifaqın üzvüdür. Bura həmçinin Rusiya və Belarus daxildir.

Regionun iqtisadiyyatı üçün birinci şok neftin qiymətinin düşməsidir. Ən əhəmiyyətli oyunçular olan Qazaxıstan, Azərbaycan, Türkmənistan büdcələrini neftlə formalaşdırır. 2014-cü ilin əvvəlində Brent markalı neftin bir barrelinin qiyməti 100 dollardan bu ilin yanvarında 49 dollara düşüb. Təbii ki, belə olan halda ÜDM -in artım səviyyəsini saxlamaq çətindir.

Beynəlxalq Valyuta Fondu gələcəkdə bu hallara qarşı durmaq üçün büdcə sahəsində struktur islahatlarının, yoxsulluqla mübarizə aparılmasını, Rusiyaya isə əmək miqrasiyası dəstəyi əvəzinə, şəxsi iş yerləri yaratmağı məsləhət görüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *