Putin İrəvanın pul kisəsini kəsdi » AzNews.info -Xəbər portalı

Putin İrəvanın pul kisəsini kəsdi

Putin İrəvanın pul kisəsini kəsdi


Rusiyada yaşayan miqrantların Ermənistana göndərdikləri pul köçürmələrinin azalması İrəvanda əhalinin əsas hissəsinin həyat səviyyəsini xeyli pisləşdirib.

ANS PRESS-in məlumatına görə, ölkə mətbuatı yazıb ki, bu ilin yanvarında Ermənistan iqtisadiyyatı üçün ən pis ssenarilər həyata keçdi. Sənayedə, xarici ticarətə, pərakəndə ticarətdə, əmtəə dövriyyəsində keçən ilin neqativ tendensiyaları, həmçinin xaricdən köçürmələrin axınında azalmalar yeni ilin birinci ayında aydın göründü.

Rusiyadan öul köçürmələrində düşmə keçən ildən başlayıb və bu ilin yanvarında daha da güclənib. İllik hesablama üzrə yanvarda miqrantların göndərdiyi məbləğin cəmi ABŞ, Çin və Türkiyə də daxil olmaqla bütün xarici ölkələr üzrə kəskin düşüb. ABŞ üzrə əvvəllər artım il ərzində 1,4 milyon dollar, Çin və Türkiyə üzrə müvafiq olaraq 2 min və 31 min dollar təşkil edirdisə, indi bu rəqəmlərdən əsər-əlamət qalmayıb.

Bütovlükdə ötürmələr üzrə ən böyük azalma Rusiyadan olub - 43,5 milyon dollar. Əvvəllər isə bu ölkədən İrəvana pul köçürmələrinin həcmi 45,4 milyon təşkil edirdi. Bunun əsas səbəbləri həm Rusiya iqtisadiyyatında yaranan böhran, həm də minlərlə erməni vətəndaşının, erməni əmək miqrantının Rusiya ərazisinə girişə izacə verilməməsi ilə bağlıdır.

İrəvanda yanvar ayında son illərin ən nadir hadisəsi qeydə alınıb: indiki qiymətlərdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,6% azalıb. Bu, faktiki olaraq, minlərlə ailənin gəlirinin kəskin azalmasını göstərir.

Bir sözlə, Ermənistan üçün gələcək proqnozlər pessimistdir, ölkə tənəzzül içindədir. Əgər göstərilən tendensiyalar davam edəcəksə, onda Ermənistan iqtisadiyyatının ağır problemləri bu il daha da güclənəcək. Xaricdən gələn yardımların, əmək miqrantlarının göndərdiyi vəsaitin azalması, erməni miqrantlara qoyulan məhdudiyyət iqtisadiyyatın bütün sferasına mənfi təsirini göstərəcək. Bu, nəticədə əhalinin məşğulluq səviyyəsində, gəlirlərində, valyuta bazarında, malların idxalında və başqa sahələrdə zəncirvari reaksiyaya səbəb olacaq.

İndi Ermənistan hakimiyyəti dünyanı və bədbəxt erməniləri aldatmaq, onun-bunun bostanına daş atmaq, yalan danışmaq, qonşulara pis niyyətlə yanaşmaq əvəzinə, ölkənin iqtisadi çöküşünü görüb haqqa, ədalətə sığınmalı, işğalçılıq siyasətindən əl çəkməlidir.

Putin İrəvanın pul kisəsini kəsdi
Putin İrəvanın pul kisəsini kəsdi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *