Putinin Serjə əsas zərbəsi
2014-ci il əvvəlindən bu yana dollar Ermənistan dramına nisbətdə 18% bahalaşıb.
ANS PRESS-in məlumatına görə, erməni mətbuatı bu məsələdə əsas günahı Ermənistan iqtisadiyyatının Rusiya iqtisadiyyatına həddindən bağlı olmasında görüb. Ermənistanın ən populyar mətbuat orqanı olan “News.am” bu barədə dərc etdirdiyi məqalədə həmin müddət ərzində rublun dollara nisbətən 2,3 dəfə ucuzlaşdığını bildirib.
“Reytinq agentliyi “Fitch” Ermənistanın xarici və milli valyutada defolt emitentinin uzun müddətli reytinqini “BB-“dən “B+”ə endirib. Agentliyin səsləndirdiyi səbəb ölkəmizin iqtisadiyyatının Rusiyadakı böhrandan böyük asılılığı ilə bağlıdır”, - deyə məqalədə vurğulanır.
Portalın yazdığına görə, Ermənistanda valyuta ilə bağlı vəziyyət heç də ümid verən deyil. “2013-cü ilin dekabrından 2014-cü ilin noyabr ayına qədər Ermənistanın valyuta ehtiyatları $0,7 mlrd. və ya 1,5 dəfə düşüb”,- deyə bildirən “News.am” Ermənistan mərkəzi bankının bu intervensiyasının əsasən hakim elitaya xidmət etdiyini vurğulayıb: “Bu zaman müəyyən çevrəyə aid iri dollar alıcılarının tələbatı ödənib”.
Mənbə:> ANSPRESS