Serjin çat verən oturacağı
Ermənistan iqtisadiyyatı bütün sahələrdə çat verir. Ermənistan milli statistika xidmətinin məlumatına görə, yanvarda bu ölkənin xarici ticarət dövriyyəsi 30,4% azalıb.
İrəvanda bir çox ekspertlər bu göstəricini xarici ticarətdə dəhşətli geriləmə kimi dəyərləndirilir və yaxın gələcək üçün çox bədbin proqnozlar verirlər. Onlar sanırlar ki, Ermənistanın xarici ticarət dövriyyəsində hansısa müsbət irəliləmələrə ümid etmək fantastikaya bənzəyir.
Ermənistan ixracatının əsas malları filiz, mis konsentratı və tünd alkoqollu içkilər, daha doğrusu konyakdır.
Dünya bazarında misin qiyməti aşağı düşüb. Bundan başqa, onun daha da ucuzlaşması gözlənilir. Bundan başqa, Rusiya rublunun iflası nəticəsində yerli əhalinin ödəmə qabiliyyəti xeyli azalıb, onlar Ermənistan konyakı əvəzinə yerli arağı içməyə üstünlük verirlər. Rusiya artıq elan edib ki, alkoqol idxalını azaldır. Bir sözlə, hər şey əvvəlkindən daha pis olub.
Buna görə də, keçmiş baş nazir Hrant Baqratyan sual verir ki, bəs, Ermənistanın Avrasiya İttifaqına girməsinə görə vəd edilən mənfəət hardadır? Təbii ki, bu suala heç kim cavab vermir.
Respublikanın ağır iqtisadi vəziyyəti, yerli valyuta olan dram dəyərdən düşməsi, görünür, Ermənistan hökumətini parlamentin növbədənkənar sessiyasını çağırmaq üçün təklif verməyə vadar edib.
Erməni informasiya agentlikləri bildirirlər ki, Ermənistan parlamentinin növbədənkənar iclası martın 3-də olacaq.
Mənbə:> ANSPRESS