Serjin proqres gəvəzəliyi » AzNews.info -Xəbər portalı

Serjin proqres gəvəzəliyi

Serjin proqres gəvəzəliyi


"İqtisadiyyatda proqres göz qabağındadır".

ANS PRESS-in məlumatına görə, prezident Serj Sarkisyan bu sözləri Ermənistan sənayeçiləri qurultayının açılışında deyib.

Zalda oturanlar əvvəlcə təəccübləniblər, fikirləşiblər ki, yəqin dövlət başçısı hansısa başqa ölkədən danışır. Amma belə deyilmiş. Sarkisyan öz çıxışında faktlar və rəqəmlər sadalamaqla sübut eləməyə çalışıb ki, son 20 il ərzində qazanılmış uğurlar hesabına Ermənistanda hər şey “okey”dir.

Bu, yerli iqtisadçıların prezidentlə qiyabi polemikasına səbəb olub. Onlardan biri Artek Manukyan jurnalistləri başına yığaraq bildirib ki, Ermənistanda Yeni il qabağı bahalaşma indi-indi başlayır. Amma burası dəqiqdir ki, yaxın günlərdə qiymətlər, hər şeydən öncə ərzağın qiyməti kəskin artacaq. Onun fikrincə, bahalaşma güclü olacaq, həm spekulyativ, həm də obyektiv səbəblər üzündən bahalaşma baş verəcək.

Buna görə də, Manukyan hesab edir ki, Ermənistan vətəndaşları 2015-ci ili əvvəlkinə baxanda daha qənaətcil qarşılamalıdırlar.

Bununla yanaşı, dolların məzənnəsinin də kəskin bahalaşması iqtisadçıları narahat edir. Bu valyuta gündə ən azı 4 dram bahalaşır.

Ölkənin baş naziri Ovik Abramyan hətta ölkənin mərkəzi bankına müraciət edərək valyuta möhtəkirliyi risklərinin qarşısını almağı xahiş edib.

Bundan başqa, statistika göstərir ki, ölkədən gedən miqrantların sayı əvvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə artıb.

Serc Sarkisyan isə ölkə iqtisadiyyatındakı uğurlar barədə "bülbül kimi ötməyə" davam edir.

Yəni əsil erməni kimi davranır. Bir şey deyib, başqa şey düşünür.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *