Banklar cəmi 16 milyon dollar aldılar
Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Bankdan Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 5 bank tərəfindən məcmu tələb 16,670 mln. dollar təşkil etdiyindən, sifarişlər 100% təmin olunub.
Mənbə:> Oxu.Az