Dövlət istiqrazlarının hərracı keçiriləcək
Ümumi həcmi 20 milyon manatdır.
2016-cı ilin avqustun 2-də Bakı Fond Birjasında (BFB) keçiriləcək Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac və istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib.
Bu barədə Bakı Fond Birjasından Oxu.Az-a bildirilib.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Mənbə:> Oxu.az