Bu gün ikinci depozit hərracı keçiriləcək
Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirəcək.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu gün keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 ay təşkil edir.
“Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01% - 6,99% təşkil edir.
Mənbə:> APA