SOCAR üç yerli banka depozit yerləşdirib
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2015-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.
Hesabata əsasən, dövlət şirkəti Azərbaycan Beynəlxalq Bankında 461 milyon manat, “Xalq Bank”da 32 milyon manat və “Paşa Bank”da 50 milyon manat ekvivalentində depozit yerləşdirib.
2014-cü ildə SOCAR Azərbaycan Beynəlxalq Bankında 152 milyon manat, “Xalq Bank”da 31 milyon manat ekvivalentində depozit yerləşdirib. Qeyd edilən müddətdə SOCAR “Paşa Bank”da depozit yerləşdirməyib.
31 dekabr 2015-ci il tarixlərində başa çatan illər üzrə bu depozitlər üzrə faiz dərəcələri, müvafiq olaraq, “Reuters” tərəfindən dərc edilmiş ABŞ dolları ilə gündəlik LİBOR dərəcəsinin 70%-i, müvafiq olaraq, 3%-i və 6%-ə bərabərdir.
Tələb edilənədək depozitin ilkin müddəti 3 aydan azdır.
Mənbə:> Oxu.Az