Beynəlxalq Bankın ümidsiz aktivləri üçqat artıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Beynəlxalq Bankın ümidsiz aktivləri üçqat artıb

Beynəlxalq Bankın ümidsiz aktivləri üçqat artıb


2013-2014-cü illərdə olduğu kimi, 2015-ci ilin proqnoz göstəricilərində də nizamnamə kapitalında 54,9% (352 473,9 min manat) dövlətin payı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) üzrə dövlət büdcəsinə daxilolmalar nəzərdə tutulmayıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.

ABB-nin təqdim olunmuş illik hesabatları üzrə aparılmış təhlillərə görə qeyd etmək olar ki, hesabat ilinin sonunda yaranmış zərərin başlıca səbəbi digər qeyri-maliyyə təşkilatlarında olduğu kimi aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar təşkil edir.

Belə ki, 2014-cü ildə ümumilikdə aktivlər üzrə yaradılmış xüsusi ehtiyatın məbləği 126,6 mln. manat olduğu halda, bu rəqəm 2015-ci ildə 71,7 milyon manat və ya 56,6% artaraq 198,3 mln. manat təşkil edib.

Qeyd edək ki, risk dərəcələri üzrə aktivlərin təsnifləşdirilməsi üzrə hesabat ilində ümidsiz aktivlərin həcmində artım (535,9 milyon manat və ya 3,1 dəfə) müşahidə olunub ki, bu da öz növbəsində adıçəkilən aktivlər üzrə (Banklararası depozitlər və kreditlər daxil olmaqla 15,5 milyon manat və ya 85%, overdraft daxil olmaqla müştərilərə verilmiş kreditlər 35,2 milyon manat və ya 59%, qiymətli kağızlara investisiyalar 316,5 milyon manat və ya 100% alınması nəzərdə tutulan hesablanmış faizlər 168,6 milyon manat və ya 94% artım) 100% ehtiyatın yaradılması ilə nəticələnib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *