“Azərenerji”nin büdcəyə 800 milyon manata yaxın borcu var » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

“Azərenerji”nin büdcəyə 800 milyon manata yaxın borcu var

“Azərenerji”nin büdcəyə 800 milyon manata yaxın borcu var


2016-cı ilin yanvarın 1-nə “Azərenerji” ASC-nin dövlət büdcəsinə olan borcun məbləği 799 milyon 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2%-ni təşkil etməklə yüksək olaraq qalmaqdadır.

Oxu.Az xəbər verir ki, bu barədə bu barədə məlumat Hesablama Palatasının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.

“2015-ci ildə “Azərenerji” ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü il ilə müqayisədə 222 milyon 803,8 min manat və ya 2,8 dəfə, 2014-cü il ilə müqayisədə 201 milyon 796,3 min manat və ya 2,4 dəfə artaraq 348 milyon 665 min manatadək yüksəlib”, - deyə Palatadan qeyd edilib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *